ABŞ-ın xam neft ehtiyatları azalıb

10 İyul 2019 11:54 (UTC+04:00)

Ötən həftə Birləşmiş Ştatların neft ehtiyatları azalıb.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 8,13 milyon barrel azalıb. Bazar proqnozları ehtiyatların 2,9 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar 5 milyon barrel geriləmişdi.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.(AZƏRTAC)

AzNews.az