Hindistanda nikahdan əvvəl məcburi QİÇS yoxlaması tətbiq oluna bilər

10 İyul 2019 12:52 (UTC+04:00)

Hindistanın Qoa ştatında nikahdan əvvəl gənclərin məcburi QİÇS yoxlamasından keçirilməsi tətbiq oluna bilər.

Hazırda bu prosedur yalnız könüllü şəkildə keçirilir.

Məcburi yoxlamalar iyulun 15-dən etibarən tətbiq oluna bilər.

Qeyd edək ki, Hindistan QİÇS-ə yoluxanların sayına görə ölkələr arasında üçüncü yerdə gedir. Ölkədə 2,1 milyon nəfər bu virusa yoluxub. Nigeriyada bu rəqəm 3,2 milyon, CAR-da 7,1 milyon nəfərə bərabərdir.(trend.az)

AzNews.az