Qaradağda oğurluq edən iki qadın saxlanıldı

10 İyul 2019 12:58 (UTC+04:00)

Qaradağ rayonun Qızıldaş qəsəbəsində mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin qəsəbə sakini Ş.Şəbiyeva və Ağdaş rayon sakini X.Abdullayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az