Şəkidə mikroavtobus aşdı - Yaralılar var

10 İyul 2019 13:36 (UTC+04:00)

Hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. Xəsarət alanların olduğu bildirilir.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az