Məşhur türkiyəli aktyor Saruhan Hünelə Səudiyyə Ərəbistanı şahzadəsi evlilik təklif edib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərəblər tərəfindən çox sevilən Saruhan Hünel hər kəsi təəccübləndirəcək açıqlaması ilə diqqət çəkib:

“Əvvələr yaxın şərq qadınlarından yemək təklifi alırdım. Yüksək pul təklif edirdilər, amma qəbul etmirdim. Ən son Səudiyyə Ərəbistanı şahzadəsindən evlilik təklifi aldım. Amma orada şəriət qanunu var və rəsmi evlənmək mümkün deyil. Evlənmək məsələsinə gəlincə bu, qismətlə bağlıdır”.
Qeyd edək ki, Saruhan Hünel “Kaybolan yıllar” serialında “Esmer” obrazı ilə məşhurlaşıb.

Rəqsanə
AzNews.az