Xırdalanda cibgir tutuldu

10 İyul 2019 14:28 (UTC+04:00)

Xırdalanda cibgir tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Xırdalan şəhərinin ərazisində Bakı şəhər sakini R.Əlicanovun cibindən 470 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılıb.

AzNews.az