Ceyranbatan su anbarından Bakıya yeni kəmər çəkilə bilər

10 İyul 2019 14:33 (UTC+04:00)

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən su anbarından Bakının şərq hissəsinə yeni magistral kəmərin çəkilməsi nəzərdə tutulub.

Bu barədə jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı layihə mövcuddur, lakin onun reallaşdırılması investisiya qoyuluşu imkanlarından asılıdır.(report.az)

AzNews.az