Yerevan metrosunun fəaliyyəti dayandırıldı

10 İyul 2019 16:03 (UTC+04:00)

Ermənistanın elektrik sistemində baş verən qəza səbəbindən Yerevan metropoliteninin fəaliyyəti dayandırılıb və 12 minədək sərnişin təxliyyə olunub.

“İnterfax” xəbər verir ki, bu barədə metronun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişinlər arasında zərərçəkən yoxdur.

Xatırladaq ki, bundan əvvəl ölkənin baş nazirinin müavini Tiqran Avinyan ölkə elektrik sistemində qəza baş verdiyini bildirmişdi.(report.az)

AzNews.az