Putin Gürcüstanı işğalçı adlandırdı

10 İyul 2019 16:37 (UTC+04:00)

Gürcüstan KİV-i antirusiya mitinqlərinin başlanmasından və jurnalistin "Rustavi-2"də biabırçı çıxışından sonra Putinin təmkinli reaksiyasına baxmayaraq, Moskvaya qarşı mənfi davranışını heç cür dayandıra bilmir və davam etdirir. Belə ki, "Gürcüstan onlayn"da dərc olunan məqalədə Rusiya prezidentinin müasir Gürcüstanın təşəkkülü yolları haqqında düşüncələri "tarixin məlum olmayan faktları"nı yaradan "versiya" adlandırılıb.

Rusiya Prezidenti Vladimir Putin Gürcüstan tarixinin öz versiyasını açıqlayıb. İstehsal və sənayeləşmə sammitindən sonra Kremlin başçısı jurnalistlərlə görüşdü və onların suallarını cavablandırdı. Amma KİV nümayəndələri ilə söhbət üçün ayrılmış təxminən altı yarım dəqiqə ərzində Putin yalnız və yalnız Gürcüstan haqqında danışırdı.

Rusiya prezidenti xüsusilə Tbilisiyə sanksiyaların tətbiq edilməsinin və onu canlı efirdə təhqir edən "Rustavi-2" telekanalının aparıcısının cinayət məsuliyyətinə cəlb olunmasının əleyhinə danışıb. Bununla yanaşı, Putin Gürcüstanın ərazi bütövlüyü məsələsində mövqeyini ortaya qoyub. Bundan başqa, gürcüləri Abxaziya və Cənubi Osetiyanı işğal etməkdə ittiham edib.

"Baxın, Osetiya Rusiya İmperiyasının tərkibinə daxil olub, mənim fikrimcə, 1774-cü ildə. Tamamilə daxil oldu: həm Cənub, həm də şimal hissəsi, müstəqil dövlət kimi. Abxaziya da 1810-cu ildə müstəqil dövlət kimi, knyazlıq kimi. Daha sonra vahid dövlət çərçivəsində hadisələr baş verdi. Osetiyanın cənub hissəsi Tiflis quberniyasına daxil oldu. Heç bir Gürcüstan yox idi, Tiflis quberniyası var idi", — deyə Putin bildirib.

Abxaziyaya gəlincə, Kreml başçısının inandırdığı kimi, Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyası dağıldığı zaman Gürcüstan Alman qoşunlarının köməyi ilə onu işğal edib: "İşğalçılar özlərini çox sərt aparırdılar. Gürcü qoşunları 1919 və 1920-ci illərdə Osetiyada daha sərt fəaliyyət göstərirdi. Əslində, bu, bu gün soyqırımı deyilən bir şeydir".

Daha sonra Rusiya prezidenti daha bir məlum hadisəni dilə gətirdi. Onun sözlərinə görə, Sovet İttifaqı dövründə əvvəlcə Abxaziya Sovet Sosialist Respublikası yaradıldı. Putin jurnalistləri əmin edib: “Bu, hətta Gürcüstan deyildi".

Daha sonra Kreml başçısının sözlərinə görə, Beriyanın rəhbərlik etdiyi NKVD Stalinin göstərişi ilə "abxazlara qarşı çox sərt tədbirlər görüb, hətta indi də Gürcüstanın bu əraziləri və abxaz xalqını ələ keçirməsi üçün onları təkrarlamaq istəmirəm".

Daha sonra Putin SSRİ-nin dağılması dövründəki hadisələrə keçərək Gürcüstanın birinci prezidentinə ölkənin bütün muxtariyyətlərinin ləğvi barədə qərarı Qamsaxurdiya vermişdi. Baxmayaraq ki, həm Abxaziya, həm də Acarıstanın muxtar statusu indiyədək saxlanılıb.

"Bu, müasir Gürcüstanın ilk prezidentlərindən biri olan, ümumiyyətlə, bütün muxtariyyəti, Acariyanı, Abxaziyanı və s. ləğv edəndə, sadəcə, nəzərə alınmayan ağır miras idi. Bütün bunlar partlayışa və qardaş qırğına gətirib çıxardı".

Ənənəyə görə, Vladimir Putin Gürcüstan rəhbərliyini 2008-ci ilin avqust müharibəsinin başlanğıcında ittiham etdi. Rusiya prezidentinin sözlərinə görə, o, vaxtilə həm Mixail Saakaşviliyə, həm də amerikalılara heç bir halda heç bir hərbi əməliyyatlara yol verməməyi tövsiyyə etmişdi.

"Nə etdilər? Oraya müharibə ilə getdilər Nəticə? Bu gün məlumdur. Rusiya, sadəcə, məcbur olub ki, bu respublikaların müstəqilliyini tanısın və həm Abxaziya, həm də Cənubi Osetiya xalqını müdafiə etsin".

Putin bununla bağlı bildirib ki, Gürcüstanda baş verən son hadisələri tarixi bilməyən, ölkədə antirus və antirusiya əhval-ruhiyyəsini şişirdən bəzi qüvvələrin əməlləri ilə izah edir. Ümumilikdə, Kreml rəhbərinin sözlərinə görə, o, gürcü xalqına hörmətlə yanaşır və Moskva ilə Tbilisi arasında münasibətlərin tam bərpa olunmasına tərəfdardır.

Babək Göyüş

AzNews.az