Nəcməddin Sadıkov rusiyalı həmkarı ilə görüşdü

10 İyul 2019 16:52 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

"İnterfaks" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, habelə hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən Xəzərdə müdafiə qurumlarının qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Xatırladaq ki, Bakıda işgüzar səfərdə olan V.Gerasimov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə danışıqlar aparacaq.(report.az)

AzNews.az