Azərbaycanlı sahibkarlar Bağdadda keçiriləcək sərgiyə dəvət aldılar

10 İyul 2019 18:57 (UTC+04:00)

Mahmud Abdullah Cabbar Alaiti ölkəsinin, xüsusən də Divaniyə Ticarət Otağının azərbaycanlı sahibkarlarla işbirliyinə böyük önəm verdiyini vurğuladı. Konfederasiya barədə məlumat verən vitse-prezident Vüqar Zeynalov İraqda iqtisadiyyatın dirçəlməyə başladığını və Azərbaycanın bu ölkəyə məhsul ixrac etmək üçün böyük potensiala malik olduğunu vurğuladı.

Mahmud Abdullah Cabbar Alaiti İraqın neft, əczaçılıq, tamat pastasına böyük ehtiyacı olduğunu dedi və bütün sahələrdə Azərbaycanla işləməyə hazır olduqlarını bildirdi: “Azərbaycan-İraq Biznes Mərkəzi yaratmağı təklif edirik. Müştərək sərgilər keçirməyə, rəsmi dövlət qurumu və mərkəz formatında işləməyə hazırıq”.

Nümayəndə heyətinin açıqlamasına görə, İraqda 500 milyon hektar əkinə yararlı sahə var və onlar istifadə edilmir. İraq son müharibələrdən sonra bütün müəssisələrini faktiki olaraq itirib və hazırda dünyanın ən böyük idxalçı ölkəsidir. Dövlətin neft gəlirləri il ərzində 125 milyard dollar təşkil edir və artıq İraq əhalisinin gəlirləri artıb. Bu isə ixracatçılar üçün çox sərfəlidir.

Azərbaycanın İraq üçün ixracatçı kimi maraqlı olduğunu vurğulayan qonaqlar logistika baxımından məhsulların daşınmasının ucuz başa gəldiyini qeyd etdilər.

ASK Beynəlxalq Şöbəsinin təşkil etdiyi görüşdə azərbaycanlı sahibkarlar 2019-cu ilin noyabrında Bağdadda keçiriləcək sərgiyə dəvət olundular və məlumat verildi ki, sahibkarların iştirak etməsi üçün İraq tərəfi bütün məsələləri həll edəcək. (Trend)