Çempionlar Liqası: “Qarabağ” mövsümə heç-heçə ilə başlayıb - YENİLƏNİB

10 İyul 2019 20:01 (UTC+04:00)

Azərbaycan çempionu “Qarabağ” yeni mövsümə bu gün start verib.

Ardıcıl 5 mövsüm avrokubokların qrupunda mübarizə aparan Ağdam klubu Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Bu, Azərbaycan klublarının 2019/20 mövsümündə ilk oyunu olub.

Görüş Albaniyanın paytaxtı Tiranada keçirilib. Selman Stermasi stadionundakı matç başladığı hesabla da yekunlaşıb. Qurban Qurbanovun yetirmələri bir neçə epizodda rəqibə çətinlik yaşatsalar da, fərqlənə bilməyiblər.

"Partizani"nin də təhlükəli hücumları olub. Lakin sonda qeyri-dəqiqlik və ya komandamızın inamlı oyunu hesabın açılmasına imkan verməyib.

Beləliklə, matç 0:0 hesabı ilə başa çatıb. Komandalar cavab matçına bir həftə sonra çıxacaqlar.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) duelinin güclüsü ilə, məğlub olan isə “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) qarşılaşmasının zəifi ilə üz-üzə gələcək.

***

Azərbaycan çempionu “Qarabağ” yeni mövsümə bu gün start verib.

Ardıcıl 5 mövsüm avrokubokların qrupunda mübarizə aparan Ağdam klubu Albaniyanın “Partizani” klubu ilə qarşılaşır. Bu, Azərbaycan klublarının 2019/20 mövsümündə ilk oyunudur.

Görüş Albaniyanın paytaxtı Tiranada keçirilir. Selman Stermasi stadionundakı görüşdə sərfəli nəticə əldə etməyə çalışan Qurban Qurbanovun yetirmələri cavab matçına bir həftə sonra çıxacaq.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) duelinin güclüsü ilə, məğlub olan isə “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) qarşılaşmasının zəifi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Porvaldur Arnason (İslandiya)
“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri, 90. Emmanuel Mensa
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 9. Teofilus Solomon, 18. Lukas Kardoso, 19. Lorents Traşi, 38. Kristi Kote, 99. Brayan Braun
Baş məşqçi: Franko Lerda
“Qarabağ”: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı
Baş məşqçi: Qurban Qurbanov (APA)