Cənubi Kuril adalarında 5 bal gücündə zəlzələ oldu

11 İyul 2019 08:39 (UTC+04:00)

Ötən gecə Rusiyaya məxsus Cənubi Kuril adalarında 5 bal gücündə zəlzələ qeydə alınıb.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bu baərəd Rusiya Geofizika Xidmətinin Saxalin filialı məlumat yayıb.

Cənubi Saxalin seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib ki, yerli vaxtla saat 01:13 radələrində baş verən təbiət hadisəsinin episentri 116 kilometr cənub-şərqdə yerləşən İturup adasında qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 62 km. dərinlikdə olub.

Kuril adalarının yaşayış massivlərində itkilər və dağıntılar barədə hələ ki, məlumat verilməyib. (APA)