İndoneziyada 1,8 milyon yaşı olan insan qalıqları tapıldı

11 İyul 2019 09:00 (UTC+04:00)

İndoneziyanın mərkəzində yerləşən Yava adasında qədim “Homo erectus”a məxsus olan daşlamış arxeoloji qalıqlar tapılıb.

Bu barədə Jakarta Post yazıb.

Tapılan qalıqlar təxminən 1,8 milyon il əvvəl qədim İndoneziyada insan mövcudluğunun sübutudur. Əvvəlki arxeoloji tapıntıların yaşı 1,5 milyon ildən çox olmayıb.

Həmin dövrə qədər “Homo erectus”un oxşar yaşındakı qalıqlar yalnız Afrika, Asiya və Avropa ölkələrində tapılıb.(report.az)

AzNews.az