Pakistanda iki qatar toqquşdu - 9 nəfər öldü

11 İyul 2019 09:10 (UTC+04:00)

Hadisə ölkənin şimal-şərqində Pəncab vilayətində qeydə alınıb.

Qəza nəticəsində 9 nəfərin həlak olduğu bildirilir. Daha 67 nəfərin yaralandığı qeyd edilir.

Qəzaya səbəb isə sərnişin qatarının öz xətti üzrə hərəkət etməməsi göstərilir. Məlumata görə, sürətlə hərəkət edən sərnişin qatarı yolda dayanmış yük qatarına çırpılıb.(trend.az)

AzNews.az