Xaçmazda məktəbin həyətində meyit tapıldı

11 İyul 2019 09:19 (UTC+04:00)

Xaçmazda orta məktəbin həyətində kişi meyiti tapılıb.

Ölən şəxsin Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Bağırov Rafiq Mustafa oğlu olduğu müəyyənləşib.

İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlamətləri müşahidə olunmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(apa.az)

AzNews.az