Miqrantları xilas edən İtaliya gəmisi müsadirə edildi

11 İyul 2019 10:22 (UTC+04:00)

İtaliyanın miqrantları xilasetmə üzrə qeyri-hökumət təşkilatına məxsus “Aleks” gəmisi müsadirə edilib.

ANSA agentliyi xəbər verir ki, “Aleks” dənizdə 41 miqrantı xilas etdikdən sonra Lampeduza adasına yan almaq üçün zorla limana daxil olub.

İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, sığınacaq axtaran şəxslərə gəmini tərk etməyə icazə verildiyi halda, gəminin kapitanı və ekipajı “qeyri-leqal miqrasiya”ya yardım iddiası ilə istintaqa cəlb edilib.(AZƏRTAC)

AzNews.az