Biləsuvar sakini qarpızdan zəhərlənərək öldü

11 İyul 2019 10:35 (UTC+04:00)

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub.

Hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az