Ceyhun Bayramov şöbə müdirini işdən çıxardı

11 İyul 2019 10:47 (UTC+04:00)

Bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Surxay Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, S.Mirzəyev 2015-cü ildən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.(report.az)

AzNews.az