Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı

11 İyul 2019 11:22 (UTC+04:00)

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.

Boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb.

Hərəkətin məhdudlaşdırılması bu gün yerli vaxtla səhər saat 8-dən həyata keçirilib.

Qeyd edək ki, bu həftə ərzində artıq ikinci dəfədir ki, Dardanel boğazı beynəlxalq gəmiçilik üçün bağlanır.(trend.az)

AzNews.az