Cem Yılmazın otelindən hicablı xanımlar qovuldu

11 İyul 2019 12:35 (UTC+04:00)

Məşhur şoumen Cem Yılmazın ortağ olduğu oteldən hicablı xanımlar qovulub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Engin Yakut iki ərəb qonağı ilə Muzaffer Yıldırım və Cem Yılmazın ortaq olduğu “Bebek Hotel”ə gələrkən onların girişinə icazə verilməyib.

Buna xanımların hicablı olması səbəb olub. Otel işçisi "Rəhbərliyin kəskin təlimatı var. Hicablı xanımların girişinə icazə yoxdur" deyə cavab verib.

Hadisədən sonra iş adamı polisə şikayət edib.

Rəqsanə

AzNews.az