“Keşlə”dən növbəti transfer

11 İyul 2019 12:34 (UTC+04:00)

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Keşlə” növbəti transfer reallaşdııbı.

Klub monteneqrolu futbolçu Miyuşko Bojoviçi heyətinə qatıb.

Müqavilənin müddəti 1 illikdir.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun “Rudar”, Belçikanın “Sporting Charleroi” və “Waasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Gyirmot və “Ujpest” komandalarında çıxış edib. Müdafiəçi mövqeyində oynayan M.Bojoviçin son klubu “Ujpest” olub. (qafqazinfo.az)

AzNews.az