İspaniyada Sona Vəliyevanın şeirlər kitabı çap olundu

11 İyul 2019 13:09 (UTC+04:00)

Şairə, filologiya elmləri doktoru Sona Vəliyevanın "İnandım qayıdacağına” adlı şeirlər kitabı İspaniyanın Barselona şəhərində işıq üzü görüb.

Kitab İspaniyada və eləcə də ispandilli ölkələrdə böyük yayım şəbəkəsinə malik nüfuzlu "Abrapabra Libros” nəşriyyatında nəfis tərtibatda çap olunub.

Şeirləri ispan dilinə Sərdar Çelik tərcümə edib, nəşrin redaktoru Juan Pablo Roadır.(artkaspi.az)

AzNews.az