Avropa İttifaqı Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

11 İyul 2019 13:21 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat fəaliyyətinə görə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər ehtimalını araşdırır.

“Reuters” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək görüşündə müzakirə olunacaq Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir.

Sənəddə 2020-ci ildə Türkiyəyə yardımı azaltmaq, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər də nəzərdə tutulur. Həmçinin kəşfiyyat işləri dayandırılmasa, Aİ-nin Türkiyəyə qarşı daha sərt addımlar atmağa hazır olduğu bildirilir.(report.az)

AzNews.az