Tatarıstan prezidenti Azərbaycana gəlir

11 İyul 2019 13:32 (UTC+04:00)

“Tatarİnform”ın verdiyi xəbərə görə, bu barədə Tatarıstan prezidentinin mətbuat katibinin müavini Liliya Qalimova bildirib.

L. Qalimova bildirib ki, Azərbaycan və Tatarıstan arasında ticarət dövriyyəsi 58 milyon dollar təşkil edir: “Bu, çox aşağı göstəricidir. Bizim əlaqələrimizin ən yaxşı vaxtlarında bu göstərici 200 milyon dollar olub”.

O qeyd edib ki, Tatarıstan prezidentinin Bakıya səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı müzakirə ediləcək.(apa.az)

AzNews.az