Qonaq evdən pul oğurladı

11 İyul 2019 13:53 (UTC+04:00)

Ötən il noyabrın 27-də Bakı şəhər sakini Q.Hacıyevin evindən 3100 manat oğurlanıb.

DİN xəbər verir ki, müvafiq araşdırmalar aparılıb və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Araşdırma aparılır.

AzNews.az