Adriana Limanın keçmiş sevgilisi danışdı

11 İyul 2019 14:27 (UTC+04:00)

Məşhur yazar Metin Hara keçmiş sevgilisi model Adriana Limanın türk iş adamıyla sevgili olmasına münasibət bildirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Metin Hara səssizliyi pozub:

“Tez-tez şəxsi həyatım haqqında suallar verirlər, amma bu haqda danışmağı sevmirəm. Bunu doğru hesab etmirəm. Biz beş ay əvvəl ayrılmışıq. Mən Türkiyəyə gəlməyə qərar verdim. Çünki anamın beynində şiş var idi. Əməliyyatda və sonra da onun yanında olmalı idim . Nə olur-olsun həyatda dostluq etdiyim hər kəslə ədalətli və hörmətli davranmağın tərəfdarıyam”.

Qeyd edək ki, Metin Hara Adriana Lima ilə bir il yarım sevgili olub.

Rəqsanə

AzNews.az