“Real”ın yeni transferinin halı pisləşdi - Konfrans yarımçıq qaldı

11 İyul 2019 15:32 (UTC+04:00)

Buna braziliyalı müdafiəçinin özünü pis hiss etməsi səbəb olub.

Madriddə tibbi müayinədən keçən 21 yaşlı futbolçu müqavilə imzaladıqdan sonra "Santyaqo Bernabeu" stadionunda azarkeşlərə təqdim edilib. Sonra jurnalistlərin qarşısına çıxan Militao qəfil özünü pis hiss edib. Başı gicəllənən futbolçu mətbuat konfransını yarımçıq saxlayıb və zalı tərk edib.

Qeyd edək ki, "Real" Militaonu 50 milyon avro ödəməklə "Portu"dan alıb.(trend.az)

AzNews.az