Taylandda hərbi təyyarə qəzaya uğradı - Ölən var

11 İyul 2019 16:03 (UTC+04:00)

Tayland Hərbi Hava Qüvvələrinə məxsus "L-39" təlim-məşq təyyarəsi ölkənin şimalındakı Çianqmay vilayətində qəzaya uğrayıb, pilotlardan biri ölüb, digəri yaralanıb.

Bu barədə RİA "Novosti" xəbər verir.

Təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Vilayətin yüksək dağlıq ərazisində uçuş həyata keçirilən zaman təyyarənin mühərriki dayanıb.

Qeyd olunur ki, təyyarədə təlimatçı pilot və kursant olub. Mühərrik dayanan zaman təyyarə aşağı hündürlükdə uçuş etdiyindən hər iki pilot katapultla kabinədən çıxa bilib. Sadəcə, onlardan biri paraşütlə yerə düşərkən ağaca dəyib və ölüb, digər pilot isə enişdə ağır yaralanıb, amma sağ qalıb.(report.az)

AzNews.az