Alimin cəsədi mağarada tapıldı - Polis qatili axtarır

11 İyul 2019 16:53 (UTC+04:00)

Bir həftədir ki yoxa çıxan 59 yaşlı Amerika alimi Suzanna Eatonun cənazəsi Yunanıstandakı mağaralardan birində tapılıb.

Milliyyətcə alman olan Suzanna ABŞ-da Genetika İnstitutunda işləyib.

Yunanıstanın Krit adasına tətilə gedən alimin cəsədi II Dünya Müharibəsi zamanı sığınacaq kimi istifadə olunan mağarada tapılıb.

Polis alimin kim tərəfindən öldürüldüyünü müəyyən etməyə çalışdığını və hazırda araşdırmanın davam etdiyini açıqlayıb.(teleqraf.com)

AzNews.az