Putin Zelenskinin görüşlə bağlı təklifinə münasibət bildirdi

11 İyul 2019 17:08 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin görüşlə bağlı təklifinə münasibət bildirib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Bu çox maraqlı ola bilər”, - deyə Vladimir Putin vurğulayıb.

Rusiya prezidenti deyib ki, Normand formatında müzakirələrdən Ukraynada hökumət qurulandan və parlament seçkiləri keçiriləndən sonra danışmaq olar.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Krım və Donbasdakı vəziyyəti müzakirə etmək üçün görüşməyi təklif edib. Ukrayna lideri rusiyalı həmkarı ilə Belarusun paytaxtı Minskdə görüşməyə hazır olduğunu deyib.(report.az)

AzNews.az