Ermənistanda növbəti etiraz aksiyası

11 İyul 2019 17:55 (UTC+04:00)

Yerevanda hökumət binasının qarşısında ömürlük azadlıqdan məhrum edilən məhbusların qohumları etiraz aksiyası keçirib.

Onlar həmin məhbusların işinə yenidən baxılmasını tələb ediblər.

Helsinki Assosiasiyasının sədri Nina Karapetyan bildirib ki, Ermənistanda ömürlük azadlıqdan məhrum edilən 91 məhbus var: “Ötən 20 ildə onların saxlanılması şəraitində heç bir dəyişiklik yoxdur. Həmin məhbuslara verilən cəzanı dəyişmək imkanları da heç vaxt olmayıb”.(report.az)

AzNews.az