Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

11 İyul 2019 18:25 (UTC+04:00)

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.