Nazirin birinci müavininin Göygöldə vətəndaş qəbulu iyulun 18-nə təyin olunub

11 İyul 2019 19:03 (UTC+04:00)

Nazirlikdən Aznews.az-a verilən məlumata görə, qəbul zamanı nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər aidiyyəti məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbəsi və telefon qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün Göygöl sakinlərindən 022 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.