Hava limanında qanunsuz mobil telefonlar və elektronika malları aşkarlanıb

11 İyul 2019 19:58 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən Aznews.az-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 1 ədəd "Samsung A50" markalı mobil telefon gətirdiyini bəyan edib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajdan və əl yüklərindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 6 ədəd plata, 40 ədəd mobil telefon ekranı, 2 qutu simsiz "AirPods" qulaqlıqları, 10 ədəd portativ enerjiyığma cihazı, 6 ədəd yaddaş kartı, 50 ədəd 32 GB və 5 ədəd 128 GB fləşkart, üzərindəki gödəkçənin ciblərindən isə 4 ədəd "İphone" markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.