Aramsız dolu Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda ciddi fəsadlar törədib

11 İyul 2019 21:39 (UTC+04:00)

Rayonun Şulaveri, Daştəpə və İmir kəndlərinə yağan dolu fəsadlara səbəb olub.

Təbiət hadisəsi nəticəsində bir neçə evin dam örtüyü, əkin sahələri və bəzi avtomobillərə ciddi ziyan dəyib.

Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektirik xətlərini zədələməsi ilə nəticələnib.

Dolunun Marneuli rayonuna vurduğu zərərin həcmi hesablanır. (Report)