Bakıdan Kürdəmirə sərnişin aparan taksi sürücüsünü bıçaqlayıb pulunu aldılar

11 İyul 2019 23:19 (UTC+04:00)

1964-cü il təvəlüllüdlü Bakı şəhər sakini Yaşar Səmədov Kürdəmirin Sığırlı kəndində həmin sərnişinlərin hücumuna məruz qalıb.

Belə ki, həmin naməlum sərnişinlər sürücünün hər iki ayağına bıçaqla xəsarət yetirərək ondan pul tələb ediblər. Y.Səmədovun üzərindən 50 manat pul götürən cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. Sürücü isə yaralı vəziyyətdə Kürdəmir xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. (APA)