Bakıda orta yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır

11 İyul 2019 23:41 (UTC+04:00)

Hadisə Qala-Pirallahı yolunda baş verib.

Belə ki, təxminən 50-55 yaşlı qadın piyada keçidi olmayan yerdə yolu keçərkən onu “VAZ 2106” markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Onun şəxsiyyəti hələlik bilinmir. (APA)