BMT Hörmüz boğazında yeni qarşıdurnaya yol verməməyə çağırıb

11 İyul 2019 23:58 (UTC+04:00)

Bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak Böyük Britaniyaya məxsus tankerin İran gəmiləri tərəfindən saxlanılmasını şərh edərkən deyib.

F.Hak bildirib: "Biz bu insidentlə bağlı hər iki tərəfin bəyanatları ilə tanışıq. Bildiyiniz kimi, baş katib bütün tərəfləri dəfələrlə boğazda eskalasiyadan qaçmağa çağırıb. O, açıq şəkildə bəyan edib ki, regionda istənilən yeni qarşıdurma fəlakətə səbəb olacaq".

Rəsmi nümayəndənin müavini körfəzdə bütün ölkələrin gəmilərinin azad keçidinin təmin edilməsini istədiklərini də qeyd edib. (Trend)