Kanada təyyarəsi turbolent zonaya daxil oldu - 35 nəfər xəsarət aldı

12 İyul 2019 08:30 (UTC+04:00)

Kanadanın “Air Canada” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin turbolentlik zonasına daxil olması nəticəsində azı 35 nəfər xəsarət alıb.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Məlumata görə, “Beoing 777-200” tipli təyyarə Torontodan Sidneyə uçurmuş. Kanadadan havaya qalxdıqdan sonra təyyarə turbolent zonaya daxil olub və məcburən Honolulu hava limanına enmək məcburiyyətində qalıb. Laynerin göyərtəsində 269 sərnişin və 15 ekipaj üzvü olub. Onlarda 35 nəfəri müxtəlif travmalar olub.

Hazırda yaralılara hospitalda yardım göstərilir. Onlar yaxın vaxtlarda Avstraliyaya uçacaq. (APA)