Pentaqon ABŞ-ın əsas rəqibinin adını çəkdi

12 İyul 2019 08:53 (UTC+04:00)

Çin yaxın 50-100 il ərzində ABŞ üçün əsas təhdid olacaq.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, belə bir açıqlama ilə general Mark Milli çıxış edib.

“Mənə elə gəlir ki, 2119-cu ildə bəzi tarixçilər yüz əvvəl bugünkü tarixə nəzər saldıqda əsas mövzu kimi ABŞ və Çin arasındakı əlaqələrdən bəhs edən kitablar üzərində işləyəcəklər”, - Milli belə deyib.

Bununla yanaşı general əlavə edib ki, Çin düşmən deyil, ABŞ-ın müharibə istəmədiyi bir fəal rəqibidir.