Braziliya prezidenti oğlunu ABŞ-a səfir təyin etmək istəyir

12 İyul 2019 09:20 (UTC+04:00)

Braziliya prezidenti Jair Bolsonaru öz oğlu Eduardo Bolsonarunu ölkəsinin ABŞ-dakı səfiri təyin etmək istəyir.

“TASS” xəbər verir ki, bunu J.Bolsonaru jurnalistlərə açıqlamasında deyib.

“O, Trampın uşaqları ilə dostluq edir, ingilis və ispan dillərini bilir, xaricdə həyat təcrübəsinə malikdir. Mənim fikrimcə, o bu vəzifəyə çox uyğun gəlir və Vaşinqtonda işin öhdəsindən gələr”, - deyə, prezident bildirib.

Eduardo Bolsonaru Braziliya liderinin üçuncü oğludur, hazırda parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədri vəzifəsində çalışır.(oxu.az)

AzNews.az