Üç ay öncə boşandıqları ortaya çıxdı - FOTOLAR

12 İyul 2019 11:51 (UTC+04:00)

Türkiyənin məşhur aktrisa və yazıçısı İclal Aydın “O həyat mənim” serialında tanış olub ərə getdiyi rejissor Efe Kubilaydan boşanıb.

“Posta”nın verdiyi xəbərə görə, 4 ildir ailəli olan cütlüyün 3 ay öncə boşandığı məlum olub.

Onların qarşılıqlı razılıq əsasında ayrıldıqları, bir-birindən maddi və mənəvi heç bir təzminat tələb etmədikləri bildirilir.

İclalla Efenin yaxın dostları onların hələ də dost olaraq görüşdüklərini deyiblər.(qafqazinfo.az)



AzNews.az