“S-400”ün ilk hissələri Ankaraya çatdırıldı

12 İyul 2019 12:09 (UTC+04:00)

Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin (ZRK) Türkiyəyə tədarükünə başlanılıb.

RT xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi ZRK-ların ilk hissələrinin iyulun 12-də Ankaraya çatdırıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, ZRK Ankaradakı Mürted aviabazasına daşınır. (report.az)

AzNews.az