PKK Türkiyədə terror aktı törətdi - Üç nəfər...

12 İyul 2019 12:21 (UTC+04:00)

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonu ərazisində törədilən terror aktı nəticəsində mülki təhlükəsizliyin üç qarovulu yaralanıb.

Terror aktı PKK-çılar tərəfindən zibil qabına yerləşdirilmiş bombanın partlaması nəticəsində baş verib.

Təhlükəsizlik qüvvələri bölgədə antiterror tədbirlərini gücləndirib.

Türkiyə qırıcıları isə İraqın şimalındakı Avaşin-Basyan və Metina bölgələrindəki terror hədəflərini bombalayıb.

Bildirilir ki, dəqiq zərbələr nəticəsində 5 terrorçu məhv edilib.(AZƏRTAC)

AzNews.az