Milli Məclisdə daha bir qanun layihəsi qəbul edildi

12 İyul 2019 12:37 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.

Qanunla İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılaraq 98 451 400 manata çatdırılır.(report.az)

AzNews.az