Su problemlərinin həll olunması ilə bağlı görüş keçirildi - ETSN-də

12 İyul 2019 13:27 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa İttifaqının Su Təşəbbüsü proqramının rəhbəri Mixael Sutterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AzNews.az xəbər verir ki, görüş zamanı beynəlxalq məsləhətçilərlə ölkədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, sudan səmərəli və təkrar istifadə, su itkilərinin azaldılması, ehtiyatlarının qorunması ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.

Səidə Vahid

AzNews.az