Futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilir

12 İyul 2019 13:40 (UTC+04:00)

Mövsümün açılış matçında Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibi olan “Arsenal” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Dinamo”nu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

12 iyul

21:00. “Arsenal” – “Dinamo”

13 iyul

17:30. “Ural” – “Ufa”

20:00. “Spartak” – “Soçi”

22:30. “Rostov” – “Orenburq”

14 iyul

17:30. “Krılya Sovetov” – MOİK

20:00. “Zenit” – “Tambov”

22:30. “Axmat” – “Krasnodar”

15 iyul

21:00. “Lokomotiv” – “Rubin”

Qeyd edək ki, ötən mövsüm “Krılya Sovetov”un formasını geyinən Şeydayev yay fasiləsində “Dinamo” ilə 1 illik müqavilə bağlayıb. “Neftçi” isə Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi “Sperantsa”nı səfərdə 3:0 hesabı ilə məğlub edib.(report.az)

AzNews.az