"Bakı Kart”ın balansını internetlə artıracaqsınız - rəsmi

12 İyul 2019 13:41 (UTC+04:00)

Bakı nəqliyyatında istifadə olunan “Bakı Kart”ın balansını bu ilin sonuna kimi internetlə artırmaq mümkin olacaq,

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O, hazırda bu istiqamətdə işlərin aparıldığını deyib:

"Bu günə qədər həmin terminalların heç biri sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır. Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var. Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir”.

AzNews.az