Narazı azarkeşlər idman nazirinə hücum etdilər

12 İyul 2019 13:49 (UTC+04:00)

Konqo Demokratik Respublikasının idman naziri Yuq Nquelondele azarkeşlərin hücumuna məruz qalıb.

İnsident ölkənin futbol üzrə yığma komandasının Misirdə keçirilən Afrika Millətlər Kubokunda çıxışını erkən başa vuraraq vətənə qayıtdığı zaman baş verib.

Komandanın yarışdakı çıxışından narazı qalan tərəfdarlar nümayəndə heyətinin üzərinə hücum çəkiblər və Nquelondelenin paltarını cırıblar.

Qeyd edək ki, Konqo DR yığması Afrika Millətlər Kubokunun 1/8 finalında Madaqaskar kollektivinə penalti seriyasında 2:4 hesabı ilə uduzaraq yarışla vidalaşıb.(report.az)

AzNews.az